İranda zəlzələ olub

17 Fevral 2014 09:52
İranın Fars vilayətində zəlzələ baş verib.
 
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Fars vilayətinin Mohr şəhərinə təsadüf edib.
 
4.1 bal gücündə olan zəlzələ fevralın 17-də Bakı vaxtı ilə saat 08:10-da yerin 5 km dərinliyində meydana gəlib.
 
Təbii fəlakət Mohrdan 5 km, Vəraviyədən 17 km və Qaledardan 29 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Milli.Az