İnsan dünyaya yaşayıb yaratmaq, özündən sonra iz qoymaq üçün gəlir, yalnız əməksevər, zəhmətkeş insanlar əvəzolunmaz, möhtəşəm işlərə imza ataraq, bir şəxsiyyət kimi mövcud olduqları cəmiyyəti inkişafa doğru apara bilir. Mənən zəngin, elmi potensialı yüksək, dərin insanlar müraciət etdikləri istənilən sferada uğur qazanaraq nəsillərə örnək olur, atdıqları hər addımla, verdikləri hər qərarla böyük bir işin ərsəyə gəlməsinə səbəb olurlar. Əsl ziyalı üçün elmin istənilən istiqaməti böyük maraq kəsb edir, desək, yanılmarıq. Görkəmli elm xadimi və ictimai sima olan akademik Arif Mir Cəlal oğlu Paşayev də bu cür fenomenlərdəndir."Elm, ancaq xoşniyyətli insanların əlində olanda fayda verir" - SOKRAT