Bu ölkələrdə krujevalı alt paltarı qadağan edildi

15 Fevral 2014 09:49

Alt paltarlarının və bu cür digər məhsulların sanitar-epidemioloji və gigiyena standartları 2012-ci ildə qüvvəyə minib

Rusiya, Belorus və Qazaxıstan ərazisində sintetik materiallardan hazırlanan krujevalı alt paltarlarının istehsalı, gətirilməsi və satışı qadağan edildi.

Milli.Az xəbər verir ki, bu barədə anspress İTAR-TASS-a istinadən məlumat verir.

Avropa İqtisadi Komossiyasının texniki tənzim etmə məsələləri üzrə naziri Valeriy Koreşkovun sözlərinə görə, hakimiyyətin bu məhsula aid bütün tələbləri çoxdan səsləndirilib. Amma istehsalçılar və idxalçılar özlərini elə aparır ki, guya bu haqda birinci dəfə eşidir.

Alt paltarlarının və bu cür digər məhsulların sanitar-epidemioloji və gigiyena standartları 2010-cu ildə qəbul edilib. Daha sonra onlar Gömrük İttifaqının "Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında" texniki reqlamentə daxil edilib ki, bu da 2012-ci il iyulun 1-dən qüvvəyə minib. Reqlamentə görə, "tumanlar" adı altında məhsulların rütubəti özünəçəkmə qabiliyyətinə tələblər 6% səviyyəsindədir. Amma bu parametrlər digər alt paltarı predmetlərinə aid deyil.

Rusiya alt paltarı bazarının həcmi 4 milyard dollar dəyərində qiymətləndirilir. Məbləğin 60%-i tumanların hesabınadır ki, bu məhsulların 80%-i xaricdən gəlir.

Milli.Az