Oğru dünyasında belə uğursuz olmamışdı

14 Fevral 2014 20:00
Almaniyada bəxtsiz oğru 350 çəkmə oğurlayıb. Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, oğurlanan çəkmələrin hamısı 37 ölçüdə olmaqla yanaşı, həm də yalnız sol ayaq olub.

Hadisə gecə vaxtı yük avtomobillərinin dayanacağında baş verib. Naməlum kişi nəqliyyat vasitələrindən birinin şüşəsini sındıraraq yük bölümünə daxil olub və oradakı ayaqqabı qutularını çıxarıb.

Oğru, həmçinin az sayda çanta, eynək və siqaret də ələ keçirib. Oğurlanan malların dəyəri 10 minlərlə avro həcmində qiymətləndirilməsinə baxmayaraq, cinayətkarın həmin malları qara bazarda sata biləcəyi ehtimalı çox azdır.

Milli.Az