Huawei 3-cü oldu

15 Fevral 2014 20:15
IDC, Strategy Analytics və Canalys analitik şirkətlərinin məlumatlarına görə, Huawei şirkəti 2013-cü ildə qlobal smartfon tədarükü reytinqində üçüncü yerdə qərarlaşıb.

IDC-nin hesabatına əsasən, Huawei şirkəti 2013-cü ildə qlobal reytinqdə üçüncü mövqeyini qoruyub saxlayıb və üç aparıcı tədarükçü arasında ən yüksək artım göstəricisinə (67.5%) malik olub. 2013-cü ilin nəticəsinə görə, Huawei şirkəti 48,8 milyon smartfon tədarük edib və onun bazar payı 4,9% təşkil edib. 2013-cü ildə bütün dünya brendlərinin qlobal smartfon tədarükünün həcmi 38,4% artıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda Huawei şirkəti məhsulunu 140-dan çox bazarda 600 tədarük kanalı vasitəsilə paylayır.

Milli.Az