Skype səhvini düzəltdi

15 Fevral 2014 20:56
Microsoft korporasiyası Skypeda mesajların sinxronlaşdırılması xidmətində qeydə alınmış problemləri aradan qaldırıb. Bu haqda fevralın 13-də internet-telefoniya xidmətinin rəsmi bloqunda yazılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, artıq bir qurğuda (məsələn, işçi kompüterdə) baxılmış Skype mesajı başqa qurğuda (məsələn, smartfonda) oxunmuş kimi görsənəcək.

Bundan əvvəl sinxronlaşdırmada problemlər yaşanıb. Skype proqramını açan istifadəçi yeni mesajlara baxdıqda onlardan hansılarını oxuduğunu, hansılarını isə oxumadığını səhv salırdı.

Xatırladaq ki, Microsoft 2011-ci ildən Skype xidmətinə sahibdir; şirkət onu 8,5 milyard dollara satın alıb. Skype kompüterdən kompüterə və kompüterdən mobil və ya stasionar telefona zəng etməyə icazə verir.

Milli.Az