Fevralın 14-ü dünyanın müxtəlif ölkələrində necə qeyd olunur?

14 Fevral 2014 11:58
Müqəddəs Valentin Günü, yaxud Sevgililər Günü fevral ayının 14-ü qeyd olunur, öz adını isə III əsrdə İtaliyanın Terni şəhərində yaşamış məzlum Müqəddəs Valentinin şərəfinə alıb.

Milli.Az İnaz.az-a istinadən bildirir ki, qırmızı qızılgüllər və ürək şəklində ən populyar bayram açıqcası olan valentinkalar Valentin gününün klassik emblemi hesab edilir. Məsələn, ABŞ-da bir dəqiqə ərzində 24 minə yaxın qızılgül satılır, İnternetdəki elektron məktubların sayı isə milyonları aşır.

Hər ölkədə həmin gün milli ənənələr ruhunda qeyd edilir.

Belə ki, İtaliyada, daha dəqiq isə, Turində cütlük adətən öz nişanlarını Müqəddəs Valentin Günü qeyd edirlər. Bayram ərəfəsində mağazaları çoxlu miqdarda konfet ilə bəzəyirlər. Belə bir inanc mövcuddur ki, əgər subay qız səhər, gün çıxan zaman yuxudan durarsa, qarşısına çıxan ilk adama, yaxud ona oxşayan birinə ərə gedəcək. İtaliyanın şəhərlərində yaşayan sevgililər həmin günü pizza evində keçirirlər və orada özlərinə romantik bayram düzənləyirlər.

Avstraliyada bu bayramdan ailə bağlarını bərkidmək, dostlar və əməkdaşlar ilə görüşmək üçün istifadə edirlər. Əvvəllər Avstraliyada gözəl ətir saçan atlas yastıqlar ən gözəl hədiyyə hesab edilirdi. Burada qadınlara gül bağışlamaq adət halını alıb.

Bu ölkədə Müqəddəs Valentin Günü 1950-ci illərdə qeyd olunmağa başlayıb. Qrats şəhərində qulluq etmiş britan işğalçı ordusunun zabiti öz sevgilisinə 14 fevral tarixində satışda açıqcanın olmadığına görə gül dəstəsi hədiyyə edir. Satıcı xanım kağıza öz dodaq boyası ilə ürək şəkli çəkir.

Həmin gün İngiltərədə subay qızlar səhər tezdən oyanırlar. İnanclara görə, qarşılarına çıxan ilk kişi onların qisməti olacaq.

İngiltərədə ən populyar hədiyyə ürək şəkilli şirnilər, Britaniyada xüsusilə sevilən teddi ayıcıqları və valentinka-açıqcalar hesab edilir. Bu ölkədə sevimli ev heyvanlarını təbrik etmək də adət halını alıb.

Almaniyada Müqəddəs Valentin Günündə sinir və psixiki xəstələri təbrik etmək adətdir. 14 fevral bütün psixiatriya müalicəxanalarında otaqlar qırmızı lentlər ilə bəzədilir və kilsələrdə ibadətlər edilir.

Fevral ayının 14 Almaniyada qadın nəzakətlə kişiyə yaxınlaşıb ondan onunla evlənməsini istəyə bilər. Rədd cavabı aldığı təqdirdə, kişi həmin qadına ipək don almalıdır.

Müqəddəs Valentin Günü İslandiyada Odinin oğlu - Valinin şərəfinə tonqallar yandırılır. Lakin bütün dünyada olduğu kimi bu bayram böyük sevginin nişanəsidir.

Qızlar oğlanların boynuna kiçik kömür parçası, oğlanlar isə qızların boynuna balaca daşlar asırlar.

Polşada fevral ayının 14-ü Poznan metropoliyasını ziyarət etmək adətdir, çünki Müqəddəs Valentinin qəbri məhz orada yerləşir. İnanclara görə, bu, sevgiyə kömək olur.

ABŞ-da sevən amerikanlar bir-birinə martsipan hədiyyə edirdilər. 1800-cü ildən başlayaraq burada şəkər çuğundurunu istifadə etməyə başlayıblar, martsipanın tərkibində isə şəkər var idi. Amerikanlar karamel istehsal edirdilər, sonra isə onu qırmızı-ağ rəngə boyayırdılar. ABŞ-da həmin gün yalnız sevgililəri yox, yaxınları və doğmaları da təbrik edirlər.

Finlandiyada 14 fevralı Dostlar günü kimi qeyd edirlər. Burada sevgililər gününün dostlar gününə çevrilməsi səbəbi aydın deyil. Bəlkə də, əks cinslərin hüquqlarının eyni olmağı, bəlkə də finlərin ilk növbədə sədaqət, davamlı və dərin hisslərə dəyər verməsidir səbəb. Onlar digər ölkələrdən fərqlənmirlər, bir-birlərinə "valentinkalar" göndərir, şirniyyat, oyuncaq və ürək şəklində olan digər hədiyyələr bağışlayırlar.

Fransada, Sevgi paytaxtında - bu ən sevimli bayramdır. Burada ən ənənəvi hədiyyə zinət əşyaları hesab edilir. "Valentinka" ideyası məhz fransızlara məxsusdur. Açıqca - ürəklərdən başqa, Fransada alt paltarı, şokoladlı muss, konfet, romantik səyahət, "xoşbəxt" lotoreya biletləri, ürək formasında kəsilmiş kolbasa, çəhrayı yoqurt, süni güllər də hədiyyə edilir. Evlənmə təklifi etmək üçün ən yaxşı gündür, sevgiliyə içində "fiansay", yəni "nişan üzüyü" olan qutu uzadılır.

İsveçdə Müqəddəs Valentin günü çox geniş qeyd olunur. 60-cı illərdə İsveç floristləri hər il Müqəddəs Valentin Günü münasibətilə kompaniyalar elan etməyə başladılar ki, güllərə olan tələbatı artırsınlar. 80-ci illərdə isə fevral ayının 14 böyük populyarlıq əldə edir. İndi artıq qızılgül, ürək formalı marmelad və pirojnalar bütün İsveçdə bir göz qırpımında satılır.

Sevgililər Günü Cənubi Afrika Respublikasında çox böyük populyarlıq əldə edib. Coğrafi duruşu sayəsində CAR turizm üçün ən romantik yer hesab edilir. Adətə görə, həmin gün sevgililər bir-birini görüşə dəvət edirlər, qızlar qollarına sancaq ilə üzərində sevdiyi insanın adı olan kağız taxırlar. Bayram ərəfəsində güllər ətir saçır, mağazalar isə ürək və suvenirlər ilə dolub-daşır.

Bu yaxınlarda sevgililər günü Hindistanda da qeyd olunmağa başlayıb. Müqəddəs Valentin Günündə eşq etirafları edilir, valentinkalar və hədiyyələr bağışlanır. Bu bayram onunla başlayır ki, radio və televiziya fəal şəkildə bu bayramı reklam edir, mağaza və ticarət mərkəzləri isə hədiyyələr və müxtəlif suvenirlər ilə dolub-daşır. Bundan başqa 14 fevral bütün restoran, diskoteka, pizza evləri müştərilər ilə dolur.

Çində Müqəddəs Valentin Günü əyləncə gecələrində qeyd edilir, romantik şam yeməyi sifariş edilir, yaxud sadəcə kinoya gedilir ki, həmin günü sevgili ilə keçirmək olsun. Burada bu bayram çox qısa müddətdir ki, qeyd olunmağa başlayıb, bundan isə xüsusilə müxtəlif aksiya və kampaniyalar təklif edən mağazalar, bar və restoranlar yararlanır. Lakin çinlilərin özlərinin məxsusi Sevgililər Günü var və həmin gün avqustda qeyd edilir.

Sevgililər Günündə xüsusi taxta meydança qurulur və arzu edən hər kəs oraya çıxıb öz hisslərini hayqıraraq etiraf edə bilər. Səsi hər kəsin səsini batıran bir şəxs mükafat alır. Yapon adətlərinə görə, 14 fevral tarixində hədiyyələr (ülgüc, losyon və s.) əsasən kişilərə verilir, qadınlara isə adətən "Ağ Gün" şokoladı hədiyyə edilir.

İspaniyada isə Sevgililər Günü may ayının 1-i qeyd edilir. Fevralın 14-ü isə kişilər sevdikləri qadına yalnız gül hədiyyə edirlər. May ağacı bu bayramın rəmzi hesab edilir.

Milli.Az