Nağıl qəhrəmanları oralarda yaşayırlar? - XƏRİTƏ - FOTO

14 Fevral 2014 14:30
ABŞ-dakı məşhur "Disney" və "Pixar" studiyalarının animasiya filmlərinin qəhrəmanlarını tanımayan, yəqin ki, yoxdur. Xüsusilə də uşaqlar bu nağıl qəhrəmanlarının aşiqləridir.


Bəs yaxşı, bu qəhrəmanlar harada yaşayır və onların ölkələri, məkanları xəritədə axtarılarsa, hansı istiqamətlərdə görünər?


Milli.Az Mashable-a istinadən bildirir ki, Eovin Smit nağıl qəhrəmanlarının yaşam yerlərini "müəyyənləşdirərək" xəritə hazırlayıb.

İnteraktiv xəritədə 58 animasiya filminin "mümkün məkan"ları göstərilib.


23 filmin məkanı Avropa, 20 filmin yeri ABŞ-dır. Rusiyada bir nağıl qəhrəmanı da "yaşamırmış".


İnteraktitv xəritə ilə bu ünvanda tanış ola bilərsiniz.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.