Movqe.az xəbər verir ki, bunu "ASAN" Xidmətin çağrı mərkəzindən də təsdiqləyiblər. Çağrı Mərkəzindən bildiriblər ki, mənzillərin sənədləşdirilməsi üçün rüsum 30 manatdır. Bundan əlavə, vətəndaşlar 50 kv. metr sahə üçün 12 manat, əlavə hər kv. metrə görə 20 qəpik xidmət haqqı ödəməlidirlər. Çağrı Mərkəzindən onu da bildiriblər ki, vətəndaşlar ilkin əllərində olan sənədlərlə xidmətə müraciət etməlidirlər. Burada onların sənədlərinə baxış keçiriləcək, əlavə sənəd tələb olunarsa, vətəndaşa məlumat veriləcək. Amma bu yalnız bina evlərinə kupça almaq istəyənlər üçündür"."Mənzillərə kupça verilməsi prosesinə artıq başlanılıb"