Azərbaycanda ən çox qəza törədən hansı maşınlardır? - CƏDVƏL - FOTO
13 Fevral 2014 14:34
Azərbaycanda ən intizamsız sürücülərin idarə etdiyi avtomobillərin əksəriyyəti Almaniya istehsalı olan "Mercedes" və Rusiya istehsalı olan "VAZ" avtomobilləridir.
Milli.Az bildirir ki, bu barədə fins.az-a İcbari Sığortalar Bürosundan bildirilib. Büronun məlumatına görə, 2014-cü ilin yanvar ayının 15-dən etibarən ölkədə 7635 avtomobil sahibinin Bonus-Malus sinfi aşağı salınıb həmin şəxslər üçün sığorta haqqı artırılacaq. Bu avtomobillərin yarıdan çoxu məhz adıçəkilən markaların payına düşür.
Belə ki, ən intizamsız sürücü kateqoriyasına (sığorta haqqının 3 dəfə artıq olduğu) aid edilən 22 sürücüdən 10-u "Mercedes", 4-ü "VAZ", 2-si isə "Chevrolet" avtomobili idarə edir.
2-ci sinifə (sığorta haqları 2,45 dəfə artacaq) aid edilən 45 sürücüdən isə 12-si "Mercedes", 10-u "VAZ" avtomobilinin sahibidir.
3-cü sinifə aid edilmiş 192 avtomobil sahibindən isə 84-ü "VAZ" və "Mercedes" sürücüsüdür.
4-cü sinifə aid edilən 2413 avtomobil sahiblərindən (onların sığorta haqqı 60% artacaq) yarıdan çoxu adıçəkilən markaların payına düşür - 838 nəfər "VAZ", 469 nəfər "Mercedes" sürücüsüdür.
Nəhayət, 5-ci Bonus-Malus sinifinə aid edilən (sığorta haqqı 25% artacaq) 4963 avtomobil sahiblərindən 1311-i "Mercedes", 927-si isə "VAZ" sürücüləridir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
