Öz sevgilisini eBay-da satışa çıxardı - VİDEO

12 Fevral 2014 13:54
Böyük Britaniya sakini Şon Koulz zarafatca sevgilisi Debbi Moranı eBay-da satışa çıxarsa da, qıza verilən qiymətlər zarafatcıl oğlanı məyus edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, eBay istifadəçiləri qızı qiymətləndirərək almaq istədiklərini deyiblər.

Qızı almaqla bağlı ardı-arası kəsilməyən müraciətlər daxil olub. Ən yüksək qiymət təklif edən potensial alıcı isə 1180 dollar verə biləcəyini deyib.

Şon eBay-da insanların satışının qadağan olduğunu anladıqdan sonra elanı ləğv edib.

Milli.Az