Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Qahirədə çıxan "Əl Vatan" qəzetinin iddiasına görə, ABŞ, Britaniya, Almaniya, İsrail, Türkiyə, Fransa və İranın kəşfiyyat strukturlarının yetkililəri İstanbuldakı otellərdən birində görüşərək Ə.Sisiyə qarşı sui-qəsdi planlaşdırıblar.
Adı açıqlanmayan mənbələrə istinadən verilən məlumata görə, iki gün davam edən toplantı zamanı Sisinin Misir prezidenti postuna yiyələnməsinin qarşısının alınması üçün bütün zəruri tədbirlərin görülməsinə qərar verilib.
"Daha sonra isə İsraildəki bir PR şirkətinin rəhbərliyi ilə beynəlxalq miqyasda Ə.Sisiyə qarşı iftira və böhtan kampaniyasının başlanmasına qərar verilib", - qəzet yazır.
Milli.Az