Ölkəmizdə ali savadlı, diplomlu gənclərlə yanaşı, orta məktəbi, yaxud peşə məktəbini bitirib alın təri ilə özlərini, ailələrini dolandıran gənclərimiz az deyil. Düzdür, ölkəmizdə diplom, görüntü xatirinə məcburən övladlarının ali təhsil almasına çalışan xeyli valideyn var. Amma mütəxəssislərin də vurğuladığı kimi, oxumaq, təhsil almaq əsas deyil. Əsas olan öz işinin, peşəsinin bilicisi, peşəkarı olmaqdır. Peşəkarsansa, həmişə hər yerdə sənin üçün "yaşıl işıq" yanır.Saç ustası: "Bizim xanımların saçını 3 santimetr kəsmək üçün 6 ay dil tökməlisən"