Həlak olmuş 123 nəfərin 99-u hərbçi sərnişinlər, 4 nəfəri isə heyət üzvləri idi.
Polkovnik Ləhmadi Buqernin dediyinə görə, qəzanın səbəbi pis hava şəraiti olub.
Al Jazeera isə bildirir ki, qəzada həlak olanların sayı 128-ə çata bilər.
---------APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan "İl" təyyarəsində hərbçilər və onların ailə üzvləri olub.
Təyyarə hərbçiləri və onların ailə üzvlərini daşıyırdı.
İlkin məlumatlara görə, qəzanın səbəbi təyyarənin naviqasiya sistemindəki nasazlıqdır. Lakin təyyarənin terror aktı nəticəsində yerə düşərək partlaması da istisna olunmur.
Milli.Az xəbər verir ki, hadisə yerinə yaxınlıqdakı xəstəxanalardan təcili yardım maşınları gedib. Bütün xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib.
İlkin ehtimallara görə, təyyarənin qəzaya uğramasının səbəbi pis hava şəraiti olub. Digər təfərrüatlar, hələ ki, bəlli deyil.
Hərbi mənbələrin məlumatına görə, təyyarə Varkal vilayətindən ölkənin şimal-şərqindəki Konstantin şəhərinin aeroportuna gedirmiş.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza ölkənin şərqində, Umm-əl-Bəvaki yaşayış məntəqəsi yaxınlığında baş verib.
Hərbi mənbələrin bildirdiyinə görə, təyyarə Varkale əyalətindən ölkənin şimal-şərqindəki Konstantina şəhərinin aeroportuna gedirmiş.
Öz növbəsində, Əlcəzairin "Ən-Nahar" telekanalı aviaqəza nəticəsində 103 nəfərin öldüyü haqda məlumat yayıb.