Dünyanın ən bahalı şirkəti seçildi

11 Fevral 2014 18:11
France-Presse agentliyi yazıb ki, Google internet şirkəti bazar kapitallaşdırmasının həcminə görə dünyanın ən böyük korporasiyaları siyahısında ExxonMobil neft şirkətini ikinci yerdən sıxışdırıb çıxarıb. Qeyd edək ki, Google bazar kapitallaşdırmasına görə dünyanın ən bahalı şirkətləri siyahısında tarixində birinci dəfə ikinci yerdə qərarlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, fevralın 10-da ABŞ birjalarında hərracların nəticəsinə görə, Googleun bazar kapitallaşdırmasının həcmi 394 milyard dollar, ExxonMobilda isə 388 milyard dollar olub. Hər iki şirkətin səhmlərinin birja kotirovkası fevralın 10-da azalıb, lakin ExxonMobil daha çox ucuzlaşıb.

Dünyanın ən bahalı şirkətlərinin siyahısında birinci yerdə Apple korporasiyası qərarlaşıb. 10 fevral tarixinə olan məlumata görə, şirkətin bazar kapitallaşdırması 472 milyard dollar təşkil edib. Xatırladaq ki, Apple 2011-ci ildə dünyanın ən bahalı şirkəti adına layiq görülüb.

Milli.Az