Milli.Az ICTnews-a istinadən bildirir ki, İndoneziya hökuməti ilə imzalanmış sazişə əsasən, şirkət istehsal obyektlərini Cakarta şəhərinin yaxınlığında tikəcək. Foxconnun mətbuat xidmətindən verilən məlumata görə, ətraflı investisiya planı İndoneziya hakimiyyətinə üç ay ərzində təqdim ediləcək. Məlumdur ki, investisiya qoyulması layihəsi 3-5 il müddətinə nəzərdə tutulub.
Analitiklər deyirlər ki, bu addım şirkətin Çin istehsalını tərk etməsinə hesablanmış strategiyanın bir hissəsidir. Belə ki, şirkətin xərcləri və istehsalın maya dəyəri, həmçinin nəqliyyat xərcləri artır ki, bu da son məhsulun dəyərinə təsir edir. Bununla belə, Foxconnun əsas istehsal obyekti Çində yerləşir və orada 1 milyondan çox insan işləyir.
Qeyd edək ki, hazırda Foxconn şirkətinin istehsal obyektləri Vyetnam, Braziliya və Meksika daxil olmaqla 10 ölkədə işləyir.
Milli.Az