Bu gün İngiltərə çempionatında möhtəşəm qarşılaşma olacaq. "Liverpul" doğma azarkeşlər qarşısında "Arsenal"ı qəbul edəcək. "Arsenal" bu mövsüm səfər oyunlarından ən çox xal qazanan komandadır. 12 oyunda 10 top fərqi ilə 26 xal qazanıb. "Liverpul" isə öz meydanında 12 oyunda 25 top fəqri ilə 31 xal qazanıb. Milli.Az xəbər verir ki, klubların baş məşqçiləri oyundan əvvəl matç haqqında şərh edib:
"Liverpul"un baş məşqçisi Brendan Rodcers: "Çempionatın başa çatmasına 14 tur qalır. Buna görə də hər oyun olduqca vacibdir. Bütün komandalar əsas rəqiblərindən xal almağa çalışacaq. Yaxşı bilirik ki, növbəti görüşdə qələbə qazansaq, "Arsenal"la xal fərqini 5-ə endirəcəyik. Əsas hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Amma bacardıqca üst pillələrə qalxmağa can atırıq. Premyer-liqada rəqabətin güclü olduğunu nəzərə alsaq, çempionluq imkanlarımız azdır. Ancaq bu, o demək deyil ki, əllərimizi yana salmalıyıq. Sona qədər mübarizə aparacağıq"
"Arsenal"ın baş məşqçisi Arsen Venger: Meydanda ağalıq etməyə, onları topsuz qoymağa çalışmalıyıq. Əlbəttə, "Enfild"də bunu etmək asan məsələ deyil. Amma oyun fəlsəfəmizi dəyişə bilmərik. "Liverpul"un hücum xəttində Starric, Suares və Koutinyo kimi futbolçular var. Onlar hər an qol vuraraq oyunun taleyini həll edə bilərlər. Odur ki, müdafiədə də diqqətli olmalıyıq"
İngiltərə çempionatı
25-ci tur
16:45 Liverpul - Arsenal
Arsenal 24 17 4 3 55 26
Manchester City 24 17 2 5 53 41
Chelsea 24 16 5 3 53 24
Liverpool 24 14 5 5 47 29
Everton 24 12 9 3 45 12
Tottenham Hotspur 24 13 5 6 44 -1
Manchester United 24 12 4 8 40 10
Newcastle United 24 11 4 9 37 1
Southampton 24 9 8 7 35 7
Aston Villa 24 7 6 11 27 -7
Stoke City 24 6 7 11 25 -14
Swansea City 24 6 6 12 24 -6
Hull City 24 6 6 12 24 -7
Sunderland 24 6 6 12 24 -11
Norwich City 24 6 6 12 24 -18
West Bromwich Albion 24 4 11 9 23 -6
Crystal Palace 24 7 2 15 23 -18
West Ham United 24 5 7 12 22 -9
Cardiff City 24 5 6 13 21 -22
Fulham 24 6 1 17 19 -31
Bu həftə sonu İngiltərə çempionatından əlavə İtaliya və Fransa çempionatında möhtəşəm qarşılaşma olacaq. İtaliya çempionatında "Napoli" "Milan" ilə üz-üzə gələcək. "Napoli"nin bu mösüm çempionluğa mübarizədə şansı az olsa da, "Milan"ın, demək olar ki, heç yoxdu. Qey edək ki, "Milan" Avropa Liqasında mübarizə aparır. "Rossoneri"lər 29 xalla 10-cu pillədədir.
23:45 Napoli - Milan
İtaliya çempionatında sabah Roma ikiyə bölünəcək. "Latsio" "Roma" ilə üz-üzə gələcək. Turnir cədvəlindən asılı olmayaraq möhtəşəm Roma derbisi olacaq. "Latsio" turnir cədvəlində 9-cu yerdə olsa da, ev sahibləri üçün bu oyun finala bərabər kimi olacaq.
9 fevral
18:00 Latsio - Roma
Juventus 22 19 2 1 59 38
AS Roma 21 15 5 1 50 34
Napoli 22 13 5 4 44 18
Fiorentina 22 12 5 5 41 16
Verona 22 11 2 9 35 2
Internazionale 22 8 9 5 33 12
Torino 22 8 9 5 33 7
Parma 21 8 8 5 32 5
Lazio 22 8 7 7 31 0
AC Milan 22 7 8 7 29 3
Genoa 22 7 6 9 27 -5
Atalanta 22 8 3 11 27 -6
Sampdoria 22 6 7 9 25 -6
Cagliari 22 5 9 8 24 -10
Udinese 22 7 2 13 23 -10
Chievo 22 4 6 12 18 -13
Bologna 22 3 9 10 18 -18
Livorno 22 4 5 13 17 -18
Sassuolo 22 4 5 13 17 -25
Catania 22 3 6 13 15 -24
Fransa çempionatında iki "pul torbası" qarşı-qarşıya gələcək. "Monako" doğma azarkeşlər qarşısında "PSJ-ni qəbul edəcək. Bu oyun çempionatın qalibi olmaq üçün boyük rol oynayacaq.
10 fevral:
00:00 Monako - PSJ
Paris Saint-Germain 23 16 6 1 54 39
AS Monaco 23 14 7 2 49 22
Saint-Etienne 24 12 5 7 41 11
Lille OSC 23 12 5 6 41 10
Olympique Marseille 23 10 6 7 36 7
Olympique Lyon 23 9 7 7 34 6
Girondins Bordeaux 23 9 7 7 34 4
FC Nantes 23 10 3 10 33 1
Stade de Reims 23 8 9 6 33 -1
FC Lorient 23 9 5 9 32 1
SC Bastia 22 8 6 8 30 -4
Toulouse FC 23 7 9 7 30 -5
OGC Nice 23 9 3 11 30 -6
Montpellier HSC 23 5 12 6 27 0
Rennes 23 6 9 8 27 0
En Avant Guingamp 23 6 8 9 26 -3
Évian Thonon Gaillard FC 23 5 7 11 22 -17
Valenciennes 23 4 6 13 18 -14
FC Sochaux 23 3 6 14 15 -27
Ajaccio AC 23 1 8 14 11 -24
Tuncay
Milli.Az