LinkedIn-in gəlirləri artıb

8 Fevral 2014 20:15
LinkedIn peşəkar sosial şəbəkəsi dördüncü rübün yekununa görə müsbət nəticə əldə etdiyini deyib, lakin investorları cari rüb üçün zəif proqnozla məyus edib ki, bu da şirkətin səhmlərinin qiymətini 8% azaldıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sosial şəbəkə nümayəndələri deyib ki, hesabat dövründə onun rüblük gəliri 47% artaraq 447,2 milyon dollar olub. Ötən il bu göstərici 303.6 milyon dollar olub.

LinkedIn sosial şəbəkəsinin hesabatına əsasən, son rübdə onun istifadəçilərinin sayı 7% artaraq 277 milyon təşkil edib. Həmçinin bildirilib ki, trafikin təxminən 40%-i mobil trafikdir.

Hesabat rübündə şirkətin xalis gəliri 3,8 milyon dollar və ya 1 səhm üçün 3 sent təşkil edib. Şirkətin əməliyyat gəliri 1 səhm üçün 39 sent olub.

Milli.Az