IBM məntiqli superkompüter hazırlayır

8 Fevral 2014 19:57
Bloomberg xəbər agentliyi yazıb ki, IBM şirkəti Watson sisteminin Afrikada tətbiqinə 100 milyon dollar yatıracaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Watson superkompüteri süni intellekt sistemi ilə təchiz edilib, sualları başa düşür və məlumat bazasında onlara cavab axtarmaq qabiliyyətinə malikdir. IBM Watson superkompüterini Afrikada sosial-iqtisadi məlumatların emalı üçün hökumət müəssisələri, universitetlər və başqa əməkdaşlıq təşkilatlarında istifadə etməyi planlaşdırır.

Afrika doğrudan da inkişaf edir. Biz hesab edirik ki, bu investisiya həm də onu göstərir ki bu, çox yaxşı biznes həllidir - IBM-in tədqiqatçısı Solomon Assefa deyib.

Milli.Az