Milli.Az 4charx.com-a istinadən bildirir ki, sıra üzrə altıncı nəsil Legacy (xatırladaq ki, onun tarixi, 1989-cu ilə gedib çıxır) beşinciylə müqayisədə uzunluğu 41 millimetr böyüyüb, təkər bazası isə dəyişməyib. Buna baxmayaraq Subaru-da iddia edirlər ki, sərnişinlər üçün əlavə sahə və yük üçün doqquz litr həcm qənaət edib artırmağa nail olublar. Bütovlükdə salonda daha bahalı materiallardan istifadə edildiyi üçün zəngin təəssürat oyadır.
Aydın məsələdir ki, yapon markasının flaqmanı çoxsayda ən müasir texnologiyalarla təchiz edilib: "kor zonalar" detektoru, zolağa riayət etməyə nəzarət, arxadan yaxınlaşan avtomobillər haqqında xəbərdarlıq, EyeSight kameralarının təkmilləşdirilmiş sistemi - bütün bunları Legacy Mk6 sahiblərinin əldə etməsi mümkündür. Multimedia sistemi indi 6,2 - və ya 7,0 düym taçskrin ilə təchiz edilir.
Amma kapotun altında hər şey demək olar ki, əvvəlki kimi qalır.
ABŞ-da yeni Legacy bu yay satışa daxil olacaq.
Milli.Az