Bu dəniz canlısı görənləri heyrətə saldı - FOTO

7 Fevral 2014 18:06
Avstraliyanın Tasmaniya adasında qeyri-adi dəniz canlısı tapılıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, meduza olduğu deyilən canlının diametri 1,5 metrə çatır. Onu çimərlikdə gəzən Cozi Lim və ailəsi aşkarlayıb.

Alimlər, hələ ki, bu canlının növünü araşdıra bilməyiblər. Elmə məlum olmayan bu canlının tədqiqatı ilə Avstraliyanın CSIRO araşdırmalar mərkəzinin əməkdaşı, doktor Liza Enn Qerşvin məşğul olacaq.

Çəhrayı mərkəzi olan nəhəng meduzalara bundan əvvəl də rast gəlinib.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.