"İçərəm!" deyib mərc gəldi, sonra...

7 Fevral 2014 17:05
Nepal sakini, 47 yaşlı Pançaram Bişvokarma mərcin qurbanı olub.

O, 0,75 litrlik "Royal Stag" viskisini təkbaşına içə biləcəyini deyərək dostu ilə mərc gəlmişdi.

Lakin P. Bişvokarma viskidən zəhərlənərək ölüb.


Milli.Az AsiaOne-a istinadən bildirir ki, viskini içəndən sonra P.Bişvokarma evə yollanıb. Axşam saatlarında isə o, qusmağa başlayıb.


Xəstəxanaya aparılan P.Bişvokarma həkimlərin bütün səylərinə rəğmən, keçinib.


Həkimlərin dediklərinə görə, P.Bişvokarma 42 faizlik viski şüşəsini 5 dəqiqəyə, heç bir yemək olmadan içib: "Bu da onun orqanizmində ağır fəsada səbəb olub".

Milli.Az