Anar Nəcəflinin işdən çıxması ilə bağlı açıqlama - YENİLƏNİB - FOTO

7 Fevral 2014 19:20
19:20

Tanınmış teleaparıcı Anar Nəcəfli işdən çıxması ilə bağlı məlumatlara münasibət bildirib. Milli.Az-ın məlumatına görə, Facebook profilində açıqlama verən teleaparıcı qeyd edib ki, işdən çıxmasının səbəbi münaqişə deyil.

"Bəzi saytlar işdən ayrılmağıma görə müxtəlif səbəblər gətirirlər. Qeyd edim ki, işdən kimlərəsə, hər hansı münaqişəyə görə çıxmıram. Sadəcə olaraq, bir az istirahət etmək qərarına gəldim. Bundan sonrasına isə baxarıq", - o sosial şəbəkədəki statusunda qeyd edib.

---------
14:29

Xəzər Tv-nin məşhur xəbər aparıcısı Anar Nəcəfli işdən çıxır

Publika.az-ın məlumatına görə, Anar Nəcəfli kanalların biri ilə artıq anlaşıb və yaxın günlərdə yenidən efirdə olacaq.

Milli.Az əlavə edir ki, aparıcı işdən çıxmağını şəxsi facebook-undan da təsdiqləyib.

X X X

"Xeberdar.az" xəbər verir ki, aparıcının işdən çıxma səbəbi isə hələlik məlum deyil. Məlumatı dəqiqləşdirmək üçün Anar Nəcəfli ilə əlaqə saxlamağa çalışşaq da, cəhdimiz baş tutmadı.

Son aldığımız məlumata görə, Anar Nəcəfli vəzifəsindən özü istefa verib.

Qeyd edək ki, bu gün məhşur aparıcı sonuncu dəfə efirə çıxacaq.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.