Ekspret: Ev itləri quduzluğa qarşı peyvənd olunmalıdır

26 Oktyabr 2010 19:34
Ev şəraitində saxlanılan itlər mütləq quduzluğa qarşı peyvənd olunmalıdırlar. Bu barədə açıqlama verən Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib ki, xüsusilə evdə saxlanılan itlər virusları olan çöl heyvanları- canavarlar, tülkülərlə təmasda olurlar.

Quduzluğa yoluxan heyvanların həddən artıq aqressiv olduğunu deyən Ş.Qurbanov onların ev itlərini dişləməsi nəticəsində həmin heyvanlarda olan xəstəliyin itlərə yoluxduğunu bildirib.

Qeyd edək ki, Zərdabda bir nəfər ev itindən quduzluğa yoluxub.

/Olaylar/