Fransa jurnalı "Closer"in yanvarın əvvəllərində prezident Fransua Ollandı vətəndaş nikahında olan arvadına xəyanət etməkdə günahlandırması ilə bu ölkədə artıq ənənəyə çevrilən arvadbaz prezident məsələsi yenidən gündəmə gəldi. Dövlət başçısının aktrisa Jüli Qaye ilə əlaqəsini təsdiq edən fotolar çap ediləndən başlayan qalmaqal ölkənin birinci ledisi, 49 yaşlı jurnalist Valeri Trierveylerin Yelisey sarayını tərk etməsi ilə nəticələndi.Onların xanımlarını ikinci birinci ledilər də adlandırıblar





