Meyxana məharəti ilə seçilən qalib 3333 manat qazandı

6 Fevral 2014 13:23
"De gəlsin" verilişi ilə birlikdə keçirilmiş "Gillette Blue 3 meyxana yarışması" bir çox Azərbaycan meyxana həvəskarlarının marağına səbəb oldu. Bir müddət öncə isə həftələr boyunca davam etmiş bu yarışmanın qalibi elan olundu. Yarışma zamanı hər həftə münsiflərin seçdiyi qalibə 333 manat təqdim edilirdi. Final iştirakçıları isə 3333 manat uçün mübarizə apardılar. Ustad meyxanaçılardan və tanınmış sənətkarlardan ibarət münsiflər heyəti Fərhad Mehrəliyev adlı istifadəçinin yazdığı və videoya çəkdiyi meyxananı finalda 1-ci yerə layiq gördülər.

Yarışma zamanı 50-dən çox daxil olmuş Blue 3 haqqında maraqlı meyxana videoları www.meykhana.az saytına yerləşdirilirdi. Maraqlısı odur ki, qalibin göndərdiyi meyxana fərqli - musiqili meyxana kimi ifa olunmuşdur.

Meyxana yarışmasının finalını TV-də izləyə bilməyənlər ona Yoututube-da baxa bilərlər: http://www.youtube.com/watch?v=YO1ResGdzTM

Finalda iştirak edən meyxana videoları tanınmış meyxanaçıların da marağına səbəb oldu. Blue3 Meyxana Yarışması meyxanaçılara öz istedadını nümayiş etdirməyə yeni və maraqlı məkan yaratdı. Münsiflərdən biri olan Mehman Əhmədlinin sözlərinə görə, bu yarış cavanları meyxana yaratmağa və özlərini bu janrda sınamağa həvəsləndirib. Rəşad Dağlı finalçının yaratdığı meyxananın uğurunu onun fərqli olmasında görür və eksklüziv müsahibədə seçimi belə əsaslandırır: http://www.youtube.com/watch?v=rNFOyE0ztws

Layihənin ən maraqlı hadisələri məhs finalda baş verdi. Münsiflər də Blu3 ilə bağlı qafiyə qoşmaqdan özlərini saxlaya bilmədilər. Meyxana ustaları və finalçıların deyişməsi izləyənlərə əyləncəli anlar yaşatdı. http://www.youtube.com/watch?v=K0mwhFdcPrY

Gillette istifadəçilərinə üzlərini Blue3 ilə təraş etməyi, köhnə ülgücləri ilə isə ritm tutub meyxana deməyi təklif etdi. Məhz "Blue3" birdəfəlik Gillette ülgücləri arasında ən yaxşısı sayılır və rahat təraş təmin edir. Məhsul haqqında ətraflı məlumat və suallarınıza cavab almaq üçün  https://www.facebook.com/mukemmelbaslangic Facebook səhifəsinə baş çəkin.