Milli.Az-da nəfəsləri kəsəcək yeni serial başlayır
Sevdiyi adamın atasını öldürməkdə günahlandırılan Deniz 8 il sonra Zeytintepeyə qayıdanda çox sevdiyi evinin və zeytunluqlarının böyük borclar içində və ipoteka altında olduğunu öyrənir.
Digər tərəfdən, nənəsi Keriman xanımın, bacıları Suna və Yıldızın onun qatil olduğunu düşünmələri və bütün bunlar yetməzmiş kimi Gökçenerleri iflasa sürükləyən adamın keçmiş sevgilisi Tarık olduğunu öyrənməsi onu məhv edir.
Denizə inanan tək insan var, o da Tarıkın böyük qardaşı Emin Karataydır.
Deniz Emindən aldığı dəstəklə bir yandan ərazilərini ipotekadan qurtarmağa, digər yandan isə günahsız olduğunu sübut etməyə çalışacaq.
Amma Denizin işi göründüyündən də çətindir.
Milli.Az serialın ilk bölümünü təqdim edir. Milli.Az