Milli.Az ICTnews-a istinadən bildirir ki, səsli zəng, mətnli ismarış və internet bağlantısı olan istehlakçı olduğu yerdən asılı olmayaraq əlavə rouminq ödənişi etməyəcək.
Xəbər Google şirkətinin simsiz internet planını təsdiqlədikdən bir ay keçməmiş yayılıb.
Layihənin rəhbəri Sundar Pichayın dediyinə görə, az miqyasda layihəsi eksperiment kimi başlayacaq və Google şirkətinə simsiz interneti birbaşa istifadəçilərə satmağa imkan verəcək.
Qeyd edək ki, Three telekomu Böyük Britaniyada və bir neçə ayrı ölkələrdə idarə edən Hutchinson Whamopoa şirkəti ilə öz istifadəçilərinə bu bazarda əlavə ödənişsiz servis təklif edir.
Google şirkətinin Avropada eyni addımı atması yaxın gələcəkdə gözlənilmir və buna səbəb Avropa Telekommunikasiya daşıyıcılarının öz aralarında rəqabətə görə rouminq ödəməsinin cüzi olmasıdır.
Hutchinson şirkətinin Three müştəriləri üçün rouminq ödəmələrini ləğv etmək planlarını Google şirkətinin təbii tərəfdaşı kimi qəbul etmək olar.
Milli.Az