Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin elmi işçisi Etibar Bədəlov Trend-ə deyib ki, bu gün Abşeronun Hökməli, Məhəmmədi, Novxanı, Masazır, Goradil qəsəbələri Bakının ərazisinə girib: "Həmin ərazilərin hamısı 1963-cü ilə kimi Bakının ərazisi olub. Buna görə də Abşeronun həmin əraziləri Bakıya verilməlidir. Yaxşı olardı ki, Abşeron rayonu, ümumiyyətlə, ləğv edilsin, Bakının tərkibində bir rayon olsun. Yəni ayrıca kənd rayonu olmasın".Azərbaycanın Abşeron rayonunun kənd rayonu kimi ləğv edilməsi və Bakının tərkibinə verilməsi təklif edilir