Flash Player-dəki "boşluq" aradan qaldırıldı

5 Fevral 2014 21:55

Adobe şirkəti Adobe Flash Player multimedia plaqini üçün növbədən kənar yeniləmə çıxarıb: kibercinayətkarlara qurbanın kompüterində kodu sərbəst yerinə yetirməyə icazə verən boşluq aradan qaldırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Adobeun rəsmi saytına əsasən, boşluq Adobe Flash Player 12.0.0.43 versiyasında, Windows və OS X əməliyyat sistemləri üçün daha aşağı, həmçinin 11.2.202.335 versiyasında və Linux platforması üçün daha erkən versiyalarda mövcuddur.

Adobe şirkəti istifadəçilərə öz kompüterlərinə quraşdırılmış Flash playeri mümkün qədər tez yeniləməyi tövsiyə ediblər. Şirkət boşluğu birinci aşkar etmiş Kasperski Laboratoriyası antivirus şirkətinin ekspertləri Aleksandr Polyakov və Anton İvanova öz təşəkkürünü bildirib.

Milli.Az