Milli.Az 4charx.com-a istinadən bildirir ki, əgər Subaru dizaynı həmişə bir çox mübahisələrə səbəb olurdusa, bu maşınların texniki imkanlarını hamı etiraf edir. Bu cəhətdən Legacy daimi tam ötürmə ilə klassik Subaru olaraq qalacaq.
Avtomobilin bütün texniki nüansları haqqında yaponlar bir az sonra danışacaqlar. Amma artıq indidən məlumdur ki, onlar salonun keyfiyyətli tərtibatına daha çox diqqət ayırıblar və burada kifayət qədər müasir təhlükəsizlik sistemləri olacaq - məsələn, salonda quraşdırılacaq radar avtomobilin ətrafındakı obyektlərə nəzarət edə biləcək. Həm də sistem yalnız nəqliyyat vasitələrini deyil, həm də piyadaları aşkar edəcək.
Milli.Az