Citroen "Kaktus"u göstərdi - FOTO

5 Fevral 2014 22:38
Cenevrə avtosalonunda olacaq seriya Citroen C4 Cactus premyerasına bir ay qalmış fransız avtoistehsalçısının mətbuat xidməti yeni modelin rəsmi şəkillərini məxfilikdən çıxardıb. Texniki təfərrüatlar hələ açıqlanmır, amma onların ən yaxın vaxta elan ediləcəyi gözlənilir. Yığcam krossoverin satışları artıq bu ilin sonunda başlayacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, hətta ilk baxışdan seriya Cactus -un payızda Frankfurtda təqdim edilmiş konseptdən nə qədər çox şey götürdüyü təəccübləndirir. Faktiki olaraq daha çox ənənəvi arxitekturanın xeyrinə orta dayaqsız və bir-birinə qarşı açılan qapılardan imtina edilməsi yeganə əhəmiyyətli fərqdir. Qalan hər şeydə oxşarlıq göz qabağındadır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.