Xalq artisti Faiq Ağayev özünə şou-biznesin generalı adını verib. Milli.Az mövqe.az-a istinadən xəbər veri ki, əslində Aygün Kazımovanın karnaval ad gününə general geyimində qatılan F.A. bu barədə belə deyib:
"Bu geyimi ölkənin ən öndə gedən, istedadlı modelyeri Renat Ramazanov hazırlayıb. Obrazın adı şou-biznesin generalıdı. Karnavalda vacib deyil, general olmaq, insan burada kölə də ola bilər. Yetər ki, buna nüfuzu çatsın".