Dodge Journey təqdim olundu - FOTO

4 Fevral 2014 23:53
Milli.Az 4charx.com-a istinadən bildirir ki, fevralın 6-da Çikaqo avtosalonunda Dodge şirkəti Journey modelinin ayrıca Crossroad adlandırılacaq "yolsuzluq" modifikasiyasını nümayiş etdirəcək. Maşın dəyişdirilmiş bamperlər, kəndarlar, qara radiator barmaqlığı, 19 düymlük yüngül lehimli Hyper Black təkər diskləri və ton verilmiş optika əldə edib. Salon qara dəri və qrafit plastik yerləşdirmələrlə işlənib və 8,4 düym ekranla Uconnect informasiya-əyləncə sistemi əldə edib. Texniki içə gəlincə, o dəyişməyib: kapotun altında əvvəlki kimi 173 a.g. (225 Nm) və 283 a.g. (353 Nm) olan iki benzin motoru yerləşir. Transmissiya - dörd və altı pilləli avtomat ötürücü qutudan ibarətdir. Ötürmə tam və ya qabaq təkərlərədir.

ABŞ-da Dodge Journey Crossroad satışları bu ilin yazında başlayır - maşının qiyməti $24 995-dən başlanacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.