Havaların soyuq və şaxtalı keçdiyi bu günlərdə insanlar evdən çölə çıxmağa belə ehtiyat edirlər. Yolların buz bağlaması asfaltı sanki şüşəyə çevirib. Belə olan halda bu yollarla işə və ya dərsə gedənlər də sürüşməyə məhkum olurlar. Belə sürüşmələrin nəticəsi isə hər zaman ürəkaçan olmur. Çünki buzda sürüşmələr insan üçün ən yüngül zədələrdən ən ağır travmalara qədər xəsarət yetirə bilir.Yıxılıb əzilməmək üçün nə etməli?