Oxumaq, oxumaq və yenə də oxumaq. Məncə, bu sözləri hər kəs həyatında dəfələrlə eşidib. Axı oxumaq elmə, biliyə sahib olmaq deməkdir. Amma necə oxuyaq ki, həm elmə yiyələnək, həm də ki, gözlərimizin qayğısına qalaq? Ümumilikdə kitab oxuyanlar müxtəlif yaş kateqoriyalarına bölündüyündən, onları iki qrupa ayırırlar. Kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Müasir dövrümüzdə ən azı hər on nəfərdən biri, gün ərzində 2- 3 saat, ya kitab, qəzet, jurnal oxuyur, ya da ki, komyuterdən, telefondan istifadə etməklə informasiya əldə edir. Amma oxuyarkən biz bir məsələni unuduruq . Gözlərimizi! Çünkü biz əlverişsiz şəraitdə kitab oxuyarkən, gözlərimizin nə qədər yükləndiyinin fərqinə varmırıq.Biz əlverişsiz şəraitdə kitab oxuyarkən, gözlərimizin nə qədər yükləndiyinin fərqinə varmırıq