Meşədə nadir avtomobillər çürüyür - FOTO

4 Fevral 2014 10:46

Opel, Ford, Volvo, Buick, Audi, Saab, Sunbeam... Meşəlikdə çürüyən 1000-ə yaxın avtomobil arasında 2-ci Dünya Müharibəsindən qalmış raritetlər var.


Ekspertlərin hesablamalarına görə, bu klassik avtomobillərin təxmini dəyəri 150 min dollardan artıqdır.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, iki qardaşın yaratdığı bu avtomobil zibilxanasında əntiq avtomobillər həvəskarları və kolleksionerlərinin maraqla aradıqları maşınlar da var.


İsveçin cənubunda, Bastnas qraflığındakı şaxtaçı qəsəbəsinin yaxınlığındakı meşəlikdə yerləşən bu avtomobil qəbristanlığının fotolarını 54 yaşlı fotoqraf Sveyn Nordrum çəkib.


"Orada meşəlik çox sıxdır. Eyni vaxtda ən yaxşı halda iki avtomobili görə bilərsiniz. Maşınların əksəriyyəti ağaclıq və kolluqların arasındadır. Bu maşın qəbristanlığını 1950-ci illərdə iki qardaş yaradıb. Onlar əvvəlcə 2-ci Dünya Müharibəsindən qalan avtomobilləri, sonra başqa yararsız, köhnə avtomobilləri yığıblar", - S.Nordrum söyləyib.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.