Bakının "Narahat gecələri" - VİDEO

3 Fevral 2014 13:00
Aparıcı kənar şəxslərin daxil ola bilməyəcəyi yerləri də ziyarət edib

"Moya planeta" telekanalı və onun aparıcısı Artyom Xvorostuxin "Narahat gecələr" (Nespokoynıye noçi) proqramının növbəti buraxılışını Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr ediblər.

Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtımızın gecə həyatı haqqında süjet çox maraqlı alınıb.

"Bakı, Azərbaycanın paytaxtı - "Odlar yurdu"... Yanan neft nəzərdə tutulur. Bu, gözəl memarlıq abidələri şəhəri, ideal hamar asfaltlı, təmiz küçələrə malik şəhərdir.

"Lakin Abşeron yarımadasının sərvəti qonaqpərvər bakılılardır. Onlar öz paytaxtlarını ən yaxşı tərəfdən göstərmək üçün nə vaxta, nə də pula qənaət edirlər", - deyə süjetdə vurğulanır. 

Aparıcı Artyom Xvorostuxin kənar şəxslərin daxil ola bilməyəcəyi yerləri ziyarət edir və Bakının gecə həyatının ulduzuna çevrilir! (16+).

Milli.Az