Bakı qəsəbəsinin sakinləri "möcüzə" gözləyirlər - FOTO

3 Fevral 2014 10:37
Bakının Binəqədi qəsəbəsindəki Ağamir İsfahani küçəsi hər yağışdan sonra maneə zonasına çevrilir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Oun sözlərinə görə, hər yağıntıdan sonra bu küçədən keçmək mümkünsüz olur.

"Fövqəladə hallarda biz təcili yardımın və ya yanğınsöndürənlərin köməyinə ümid edə bilmərik. 7-8 il ərzində sakinlər öz vəsaitləri hesabına qəsəbəni abadlaşdırıblar. Hamısı ona görə edilir ki, yağıntılar mövsümünü normal başa vura bilək. Ancaq asfalt örtüyü üçün vəsait bəs eləmədi. Burada yaşayan insanlar elə də varlı deyillər", - məktubda qeyd edilir.

Oxucu bildirib ki, "Azərsu"nun əməkdaşları iki həftə öncə həmin yerdən su xətti çəkdilər. Bundan sonra yolu düzəltməyi unutdular.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbə nümayəndəsi Elxan Əliyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, su xətlərinin çəkilişi hələ tam başa çatmayıb. Bu işlər başa çatdıqdan sonra küçəyə daş qırıntıları səpiləcək. Küçənin asfaltlanması isə yay mövsümündə baş tutacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.