Heç vaxt təslim olma: 25 ilin kadrları insanları kövrəltdi - VİDEO
2 Fevral 2014 15:12
Fransız rejissor Jan-Jak Annonun artıq unudulmuş "Ayı" filminin kadrlarını kimin gündəmə gətirməsi məlum deyil, yalnız filmin sonundan götürülmüş 4 dəqiqəlik çarx sosial şəbəkələrdə getdikcə populyarlaşır.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, "Ayı" filmi təxminın 25 il əvvəl qəlbləri riqqətə gətirmişdi. İndi, yəqin, "ikinci ömrünü" yaşayır.
Saatyarımlıq film yetim qalmış ayı balasının taleyindən bəhs edir. Anası torpaq uçqununda ölən bala köməksiz qalır. Yolda yaralı iri ayıyla rastlaşır, lakin ovçuların əlindən qaçan nəhəngə bu balaca lazım deyil. Lakin sonda ayı balası iri ayının rəğbətini qazanır və onlar birlikdə dağ mağarasında qış yuxusuna gedirlər.
Onlar çox sınaqdan keçirlər. Ən həyəcanlı anlar isə pumanın ayı balasına hücum etməsi olur.
Ceyms Kervudun "Qrizli" romanı əsasında çəkilən bu film 1988-ci ildə ekrana çıxdı və ilk gündən populyarlıq qazandı. O, 4 kinematoqrafiya mükafatı qazandı. Bunlardan biri "Oskar"ın fransız variantı olan "Sezar"dır. 8 nominasiya üzrə mükafatı qazanan film həmçinin rejissor işinə görə yüksək mükafat alıb.
Milli.Az