Bərdədə sirli sui-qəsd

1 Fevral 2014 18:55

Bərdədə bir nəfəri tanımadığı şəxs güllələyib

Hazırda Bərdə rayon xəstəxanasında müalicə edilən Əzizov Vaqif Məhəmməd oğlunun vəziyyəti qənaətbəxş hesab edilir

Bu gün saaat 13.30 radələrində Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

1948-ci il təvəllüdlü Bərdə şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan Əzizov Vaqif Məhəmməd oğlu boğazından aldığı güllə yarası ilə Bərdə rayon xəstəxanasına yerləşdirib.

Milli.Az Anspress-ə istinadən bildirir ki, Vaqif Əzizov polisə verdiyi ilkin ifadədə atəş açan şəxsi tanımadığını bildirib.

Bərdə rayon polis şöbəsindən verilən məlumata görə, hazırda polis hadisəni törədən şəxsi axtarır. Bərdə RMX-ya çatdırılan Vaqif Əziziova ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Milli.Az