Azərbaycanlılarla çeçenlər dalaşdı: iki həmyerlimiz tutuldu - YENİLƏNİB - VİDEO

1 Fevral 2014 12:32

Petrozavodsk şəhərində qafqazlılar arasında kütləvi davada günahlandırılan 2 nəfər Azərbaycan vətəndaşıdır

Rusiyanın Petrozavodsk şəhərində qafqazlılar arasında kütləvi dava düşüb.

Anspress-in "Qazeta.ru" saytına istinadən veridiyi məlumata görə, hadisə 27 yanvarda 40-a yaxın çeçen, azərbaycanlı və inquşetiyalı arasında baş verib. Davada iştirak edənlər bıçaq və dəyənəkdən istifadə ediblər.

Məlumata görə, dava iştirakçılarından biri, 29 yaşlı çeçen kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Onun başına dəyənəklə vurublar. Digər iştirakçılar isə yüngül bıçaq zərəsi alıb.

Hazırda hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 11 və 213-cü maddəsi nə uyğun cinayət içi açılıb.

Qeyd edək ki, kütləvi davada günahlandırılan 2 nəfər Azərbaycan vətəndaşıdır. Hər ikisi polis tərəfindən saxalanılıb. Daha iki nəfər isə şübhəli şəxs qismində tutulub.

Milli.Az


---------
12:32