Polisə çox yemək olmaz

31 Yanvar 2014 19:21

Yaponiyada polis çavuşu tabeçiliyində olan asayiş keşikçilərini çox yedirtdiyinə görə işdən qovulub.


Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, Yaponiya DİN-i polislərin adlarını açıqlamayıb.

40 yaşlı çavuşun dediyinə görə, tabeçiliyində olan 4 polis nəfərini çox yedritməklə onların sağlam olmasını istəyib: "Üstəlik, onların simalarında narazı ifadənin olmasını istəyirdim".


Çavuşun 4 polis nəfərinə zorla yedirtdiyi təamlar arasında 15 hamburger, 15 kökə, 4 litr südlü qəhvə, 4 kasa ərişə olub.


Özü də polislər yemək və içməyin pulu özləri ödəməli idilər.


Milli.Az