"Zenit"in futbolçusu "Neftçi"yə keçdi
31 Yanvar 2014 19:23
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının və Rusiyanın "Zenit" komandasının üzvü Elvin Bədəlovun "Neftçi" klubuna keçidi ilə bağlı iki klub arasında aparılan danışıqlar müsbət nəticələnib.
Milli.Az-ın məlumatına görə, Trend Bakı klubunun saytına istinadən məlumat verir ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi ilə bağlı "Neftçi" və "Zenit" arasında rəsmi müqavilə imzalanıb.
Milli.Az