Azərbaycanlı müğənni: "Ağlamışam, toyda olmamışam"

31 Yanvar 2014 19:01
"Mənimlə bağlı yayılan bütün söhbətlərin hamısı yalandır. Mən bu günlərdə heç bir toyda olmamışam. Məhəbbət Kazımov mənim sənət yoldaşım, dostumdur. Onun ailəsi gözü yaşlı olduğu halda mən toyda necə oxuya bilərəm?"

Milli.Az AzNews.az-a istinadən bildirir ki, bunu Yusif Mustafayev deyib. M.Kazımovun ölümü ilə barışa bilməyən sənətçi ağladığını, pərişan olduğunu gizlətmədi:

"Yazıblar guya mənim ürəyim gedib, xəstəxanaya düşmüşəm, ağır vəziyyətdəyəm. Amma belə deyil. Bir insan kimi ağlamışam. Hər bir kəs əzizini itirəndə ağlayır. Amma nə xəstəxanalıq olmuşam, nə də Əlibayramlıda toyda olmuşam. Elə bir toy olubsa,yəqin onun videosu da var, çıxarsınlar ortaya".

Xatırladaq ki, dünən sosial şəbəkələrdə əməkdar artist Məhəbbət Kazımovun dəfn mərasimindən sonra Yusif Mustafayevin toyda olduğu haqqında məlumatlar yayılmışdı.

Milli.Az