Qar Yevlaxda avtomobillərin hərəkətində çətinliklər yaradıb

31 Yanvar 2014 18:14

Yevlaxa yağan qar nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb. Sürücülər deyirlər ki, avtomobil yolları sürüşkəndir. Milli.Az El TV-yə istinadən xəbər verir ki, ona görə də avtomobilləri normal şəkildə idarə edə bilmirlər.

Sürücü Mətləb Musayev, Tahir Məmmədov, Elnur Məmmədov və başqaları bildiriblər ki, yolların qardan təmizlənməsi istiqamətində heç bir tədbir görülməyib. Sürücülər yollardakı vəziyyətdən şikayətçi olsalar da, Yevlax Şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı üzrə müavini Müstəqim Məmmədov bildirib ki, bir neçə texnika vasitəsilə yollarda qarın təmizlənməsi prosesi həyata keçirilib. Onun sözlərinə görə, yollara duz və torpaq səpilib. Müstəqim Məmmədov deyib ki, qarlı- şaxtalı hava şəraiti davam etsə, bu tədbirlər mütəmadi olaraq görüləcək.

Milli.Az