Gəncə və ətraf bölgələrə qarın yağması ictimai nəqliyyatın işini ləngitməyib

31 Yanvar 2014 18:08
Ötən gecədən respublika ərazisində havaların kəskin soyuması Gəncəyə və ümumilikdə qərb bölgəsinə güclü qarın yağması ilə müşahidə olunub. Bu da həm şəhər daxili, həm də ətraf rayonlara nəqliyyat vasitələrinin hərəkətində maneələr yaradıb.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, avtovağzaldan bildiriblər ki, qarın yağması müəyyən çətinliklər törətsə də, bütün istiqamətlərdə olan marşrut reysləri gün ərzində tam yerinə yetirilib. Qeyd edək ki, yağan qar Göygöl şəhər avtovağzalından dağ kəndlərinə sərnişin daşıyan mikroavtobuslar üçün də çətinlik yaratsa da, burada da işlər ləngiməyib. Nəzərdə tutulan bütün reyslər səhər saatlarından etibarən həyata keçirilib.

Milli.Az