Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı bağlana bilər

31 Yanvar 2014 18:03
Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına bu il tələbə qəbulunun aparılması nəzərdə tutulmayıb. Bu da təhsil müəssisələrinin bağlanmasına səbəb olacaq addım kimi qiymətləndirilir.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsindən mətbuata verilən məlumata görə, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt, Gəncə, Mingəçevir və Salyan filiallarının bağlanılması nəzərdə tutulub. Filialların bağlanması təhsilin keyfiyyətinin artırılması ilə əlaqədardır. Müəllim və tələbələrin gələcək aqibətinə gəlincə isə...

Təhsil Nazirliyinin rəsmisi Yaqub Piriyev: "Bu gün məlumdur ki, tədris aparmaq üçün ən azı magistraturanı bitirmək lazımdır. Bu filiallardakı müəllimlərin çoxu isə bakalavr səviyyəsini bitirənlərdir. Biz yerləşdirmə məsələsi haqda düşünürük. Məsələn, Gəncədə bağlanan filialda oxuyan tələbələr və tədris aparan müəllimlər 3 universitet var, ora yerləşdiriləcək".

Milli.Az