"ASAN xidmət"in tabeliyinə yeni qurum verildi

31 Yanvar 2014 17:30
Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin - "ASAN xidmət"in tabeliyindəki qurumların siyahısına hələlik yalnız bir qurum - "İnnovasiyalar Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.

Milli.Az