Ağıllı geyim də hazırlandı

1 Fevral 2014 21:14
Engadget nəşri yazır ki, Yaponiyada nanoliflərlə təchiz edilmiş Hitoe smart geyiminin nümayişi keçirilib. Layihənin müəllifləri qismində NTT Docomo mobil operatoru və Toray şirkəti çıxış ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Hitoe modellərinə tikilmiş sensorlar nəbzi ölçməyə və kardioqrama parametrlərinə oxşar göstəricilər əldə etməyə qadirdilər.

Plan bu sistemi artıq NTT Docomo operatorunun smartfonlarına quraşdırılmış müvafiq platforması ilə birləşdirməkdən ibarətdir.

Yalnız ağıllı idman geyimləri deyil, həmçinin pijamaların buraxılması planlaşdırılır.

Milli.Az